Yaponiyada Takaiçi zəfərini elan etdi - Trampdan tam dəstək gəldi

10:54 - 09 Fevral 2026

Yaponiyada Takaiçi zəfərini elan etdi - Trampdan tam dəstək gəldi

Yaponiyada ötən gün keçirilən erkən ümumi seçkilərin qalibi Baş nazir Sanae Takaichi rəhbərlik etdiyi Liberal Demokrat Partiyası (LDP) olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, LDP Milli Məclisin alt palatası olan Nümayəndələr Palatasındakı 465 kürsüdən 316-nı qazanaraq tarixi bir uğura imza atıb. Qələbə ilə əlaqədar olaraq, ABŞ prezidenti Donald Tramp Yaponiya Baş naziri Sanae Takaichini təbrik edib.

Qeyd edək ki, Parlamentdəki kürsülərin üçdə ikisinə bərabər olan 310 həddini aşan LDP bu nəticə ilə II Dünya Müharibəsindən sonra Yaponiyada bunu bacaran ilk partiya olub. LDP-nin koalisiya ortağı olan Yaponiya İnnovasiya Partiyası (JIP) isə kürsü sayını 2 artıraraq 36-ya çatdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az