Cənubi Koreyanın Gyeonggi vilayətində hərbi helikopter qəzaya düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həyatını itirib.
Təlim zamanı Seulun yaxınlığında yerləşən Gapyeong şəhərində düşüb.
Hadisə ilə bağlı məlumat verən rəsmilər, qəzada hər hansı bir yanğın və ya partlayışın baş vermədiyini bildiriblər.
Rəsmilər qəzanın dəqiq səbəbinin araşdırmanın nəticəsində müəyyənləşəcəyini açıqlayıb.