Türkiyədə məktəbdə iyrənc hadisə 

12:25 - 09 Fevral 2026

Türkiyədə məktəbdə iyrənc hadisə 

Türkiyənin Kocaeli şəhərində orta məktəbdə çalışan müəllim 24 qız şagirdə cinsi təcavüz etmək ittihamı ilə həbs olunub.


Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Kocaelidə Turqut Özal Məhəlləsindəki Mübeccel Çolakoğlu Orta Məktəbində təhsil alan bəzi qız şagirdlər ailələrinə müəllimləri 32 yaşlı O.M. tərəfindən onlara təcavüz edildiyini söylədikdən sonra vəziyyət məktəb rəhbərliyinə bildirilib.

Valideynlərin şikayətləri əsasında polis qrupları müəllimi saxlayıb. Polis bölməsindəki prosedurlardan sonra O.M. məhkəməyə göndərilib və məhkəmə tərəfindən həbs olunaraq Kandıra Həbsxanasına göndərilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az