Sabirabadda 4 avtomobil toqquşdu - Xəsarət alanlar var

23:21 - 26 Oktyabr 2025

Sabirabadda 4 avtomobil toqquşdu - Xəsarət alanlar var

Sabirabad şəhərində zəncirvari yol qəzasında üç nəfər xəsarət alıb.


Manset.az ''Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, dörd minik avtomobilin iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az