Bulvarda dənizə düşən gənclər belə xilas edildilər - VİDEO

18:38 - 30 Oktyabr 2025

Bulvarda dənizə düşən gənclər belə xilas edildilər - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində vətəndaşların dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.


Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1998-ci il təvəllüdlü Tavat Baxşeyiş qızı Şıxəliyeva və 1997-ci il təvəllüdlü Dünyamin Salam oğlu Şıxəliyev dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az