İsmayıllıda zəlzələ olub.
Manset.az bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yerli vaxtla saat 18:03-də qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub. Yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.