“Tikəmizi də tapmayacaqlar, yavaş sür!” - Göygöldəki qəzanın VİDEOSU

21:15 - 03 Noyabr 2025

“Tikəmizi də tapmayacaqlar, yavaş sür!” - Göygöldəki qəzanın VİDEOSU

Ötən gecə Göygöldə iki nəfərin ölümü, ikisinin isə yaralanması ilə nəticələnən ağır yol qəzasının detalları məlum olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisənin başvermə anının görüntüləri əldə edilib.

Məlumata görə, ağır yaralanan gənclərdən biri atasının avtomobilini qaçırıb.

Minik vasitəsini idarə etmək üçün dostu, 27 yaşlı Elvin Məmmədova verib.

Kadrlardan da aydın olduğu kimi, hadisəyə səbəb Elvinin avtomobili yüksək sürətlə idarə etməsi olub.

Maşındakı sərnişinlər ondan dəfələrlə yavaş sürməsini xahiş etsələr də, o, deyilənlərə məhəl qoymayıb:

“Ay Elvin, nəsə olsa, tikəmizi də tapmayacaqlar. Yavaş sür!”

Qeyd edək ki, hadisə zamanı minik vasitəsini idarə edən Elvin Məmmədov və 11-ci sinif şagirdi İsbi Alıyev həlak olub.

Digər iki gənc 2008-ci il təvəllüdlü S. Əsgərov və 2009-cu il təvəllüdlü T. Süleymanov isə ağır yaralanıb. Avtomobil yaralılardan birinin atasına məxsus olub.

Yüksək sürətin səbəb olduğu dəhşətli qəzanın anbaan görüntülərini təqdim edirik:



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az