Şəmkir rayonunda yanğın baş verib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.
Belə ki, kənd ərazisində fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində qəfil yağın başlayıb.
Hadisə yerinə Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb.
Faktla bağlı araşdırma aparılır.