Naxçıvanda avtomobillər toqquşdu: Yaralılar var - FOTO

16:22 - 15 Noyabr 2025

Naxçıvanda avtomobillər toqquşdu: Yaralılar var - FOTO

Naxçıvan-Sədərək magistralında ağır yol qəzası baş verib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı "Hyundai" markalı avtomobillə "Mersedes" toqquşub.

    Qəza zamanı 2 nəfər müxtəlif bədən xəsarəti alıb. Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

    Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az