Sahibsiz it 2 nəfərə hücum etdi

22:31 - 15 Noyabr 2025

Sahibsiz it 2 nəfərə hücum etdi

Şəkidə iki nəfər sahibsiz itin hücumuna məruz qalıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Oxud kənd sakini, 70 yaşlı Nəriman Məmmədov və Qoxmuq kənd sakini, 26 yaşlı Murad Məhərrəmov it dişləməsi nəticəsində xəsarət alıblar.

Hər iki zərərçəkən hadisədən dərhal sonra Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib.

Müayinə zamanı Nəriman Məmmədovun hər iki baldır nahiyəsində, Murad Məhərrəmovun isə qarın (göbək) nahiyəsində dişləmə xəsarətləri aşkarlanıb. Onlara dərhal tibbi yardım göstərilib və quduzluq əleyhinə peyvənd vurulub.

Həkimlərin sözlərinə görə, hər iki şəxsin vəziyyəti qənaətbəxşdir. Onlar ambulator müalicə almaları üçün evə buraxılıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az