Abşeron rayonu Novxanı qəsəbəsində ağır yol qəzası baş verib.
Manset.az xəbər verir ki, 2005-ci təvəllüdlü İlkin Paşayev "Vaz 21074" markalı avtomobillə Saray-Novxanı yolu ilə avtobus dayanacağına doğru hərəkət edən 1967-ci il il təvəllüdlü piyada Nərminə Hüseyn qızı Tanarverdiyevanı vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.