Sinif yoldaşına zəng edən arvadını döydü - Lənkəranda ŞOK

20:29 - 18 Noyabr 2025

Sinif yoldaşına zəng edən arvadını döydü - Lənkəranda ŞOK

Lənkəranda kişi arvadını döyüb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Mirsalayev küçəsində qeydə alınıb.

41 yaşlı Balamir Məlikov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadı ilə aralarında yaranan mübahisə zamanı qadının əlini pəncərənin arasında sıxıb, sonra da yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.

Faktla bağlı Balamir Məlikov barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı sinif yoldaşına zəng etdiyi üçün aralarında mübahisə yaranıb:

“14 ildir ki, evliyəm, 1 övladımız var. Arvadım çox qısqancdır. Sinif yoldaşımın atası dünyasını dəyişmişdi. Bakıya yasa getmişdim. Əlavə işlərim olduğu üçün Bakıdan gec çıxdım. Bu zaman arvadım sinif yoldaşıma zəng edərək, mənim doğrudan da yasa gedib-getmədiyimi soruşub. Bu mənə pis təsir etdi. Evə qayıdıb niyə belə etdiyini və sinif yoldaşımın nömrəsini hardan bildiyini soruşdum. Cavab vermədi”.

Zərərçəkən qadın isə ərini bağışlamadığını deyib və ona istintaq aparılan maddə üzrə (CM-in 128-ci maddəsi) ən ağır cəza verilməsini məhkəmədən xahiş edib.

Lənkəran rayon Məhkəməsinin qərarı ilə Balamir Məlikov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az