Bu gün Bakının Binəqədi rayonunda 4 nəfərin həlak olduğu hadisə yerindən görüntülər yayılıb.
Manset.az APA-ya istinadən xəbər verir ki, şahidlərin verdikləri açıqlamaya görə, faciə dəmir konstruksiyanın yerini dəyişərkən baş verib.
Əməkdaşlar şüşələri yumaq üçün dəmir nərdivanı aparan zaman konstruksiya yüksəkgərginlikli naqillərə toxunub. Bu zaman cərəyan 4 nəfəri vuraraq öldürüb.
Hadisə yerindən görüntüləri təqdim edirik: