Bakıda avtomobil sexində GÜCLÜ YANĞIN - VİDEO

18:57 - 21 Noyabr 2025

Bakıda avtomobil sexində GÜCLÜ YANĞIN - VİDEO

Bakının Nizami rayonunda avtomobil təmiri sexində güclü yanğın baş verib.


Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 450 kv.m olan avtomobil təmiri sexində təmirə dayanmış "Porsche" markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək digər avtomobillərə keçməsinə, o cümlədən sexə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin yanar konstruksiyaları yanıb.

Avtomobil təmiri sexi və sexdə yerləşən digər avtomobillər yanğından mühafizə olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az