Zaqatalada ağır yol qəzası baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Aşağı Tala kəndində qeydə alınıb.
Rövşən Hazmanov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.