Sabunçu rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Manset.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı T.Babayev müəyyən olunaraq saxlanılıb.
Ondan əlavə olaraq psixotrop maddə metamfetamin də aşkarlanıb.
Araşdırma aparılır.