Qayınanasının ilindən sonra qətlə yetirildi - Şübhəli əridir

22:32 - 21 Yanvar 2026

Qayınanasının ilindən sonra qətlə yetirildi - Şübhəli əridir

Bakıda qətl hadisəsi baş verib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1986-cı il təvəllüdlü Günel Abbasova qətlə yetirilib.

Hadisəni törətməkdə Biləsuvar rayonunun Nəsimikənd kənd sakini, 1989-cu il təvəllüdlü Qasımov Firuz Akif oğlu şübhəli bilinir.

Məlumata görə, ailə son 10 il ərzində paytaxtda kirayə yaşayıb. Firuz Qasımovun anasının il mərasimindən sonra rayondan Bakıya qayıdaraq cinayəti törətdiyi bildirilir.

Cütlüyün 14 və 15 yaşlarında iki oğlu var.

Cinayəti törətməkdə şübhəli bilinən Firuz Qasımov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az