Salyan sakini Moskvada avtomobil qəzasında öldü

18:17 - 22 Yanvar 2026

Salyan sakini Moskvada avtomobil qəzasında öldü

Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Faiq Ələkbərov Moskvada avtomobil qəzasında ölüb.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva vilayətinin Domodedovo şəhərində baş verib.

Ötən gün F.Ələkbərov işə gedərkən iki avtomobilin iştirakı ilə baş verən yol qəzasına düşüb və hadisə yerində həyatını itirib.

Yaxınları bildiriblər ki, mərhumun nəşinin bu gün axşam saatlarında Salyana gətirilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az