Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

09:21 - 24 Yanvar 2026

Bakıda restoranda hesaba görə dava düşdü - VİDEO

Restoranda ad günü məclisi dava ilə bitib. Hadisə paytaxtın Nizami rayonundakı restoranlardan birində baş verib.İddialara görə, 35 yaşlı Zəngilan rayon sakini olan şəxs restoranda olarkən söyüş söyüb, nalayiq ifadələr işlədib və ictimai qaydanı pozub.


Manset.az Baku tv-yə istinadən xəbər verir ki, restoran nümayəndəsi hadisə ilə bağlı  açıqlama verib: "10 nəfərlik banket menyusu sifariş etmişdilər. Hər şey yaxşı idi, sonda hesabı gətirəndə mübahisə yarandı. Hesabı ödəməyəcəklərini dedilər".

İş üzrə izahat verən şəxs isə hər şeyin hesabın artıq gəldiyi üçün baş verdiyini söyləyib.

Qeyd edək ki, həmin şəxs barəsində xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddəsi ilə ittiham elan olunub və məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az