Ceyhun Salmanov və 2 əməkdaşı həbs olundu - YENİLƏNİB

19:46 - 30 Yanvar 2026

Ceyhun Salmanov və 2 əməkdaşı həbs olundu - YENİLƏNİB

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılıb.


    Manset.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    ***

    18:29

    "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.


    Manset.az APA-ya istinadən xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən digər iclasda isə Elşad Məhərrəmov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Hazırda digər təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az