Qaxda “Mitsubishi” və “Nissan” markalı avtomobillər toqquşub, xəsarət alanlar var.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, “Mitsubishi”də olan Sumqayıt şəhər sakini Rafiq Ələkbərov (1961) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
O, Qax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.