Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ozan küçəsində qeydə alınan qəza zamanı “Mercedes” markalı maşınla “Lada Priora” markalı avtomobil toqquşub.
Zərbənin təsirindən “Lada” markalı maşın ağaca çırpılıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Kamil Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.