Qusarda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qusar şəhərinin giriş hissəsində olub.
Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, hadisəyə səbəb yolun buzlu olması olub.
Hadisə ilə bağlı araşdırma aparılır.