Dünən gecədən Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti hökm sürür.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, güclü külək Bakıda bir sıra fəsadlar törədib.
Belə ki, Yasamal rayonu Gəray Əsədov küçəsindəki dəmir konstruksiyalar yolun ortasına aşıb.
Nəticədə gediş-gəliş çətinləşib, insanlar üçün təhlükə yaranıb.
Sakinlərin sözlərinə görə, gün ərzində məsələ ilə müvafiq qurumlardan maraqlanan olmayıb.