Şirvanda intihara cəhdin qarşısı ALINDI

21:29 - 04 Yanvar 2022

Şirvanda intihara cəhdin qarşısı ALINDI

Şirvanda intihara cəhdin qarşısı alınıb.

Bu barədə Manşet.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Şirvan şəhərində 1 nəfər ikimərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az