Bakı-Ələt yolunda iki qəza oldu - 8 nəfər xəsarət aldı

11:13 - 05 Yanvar 2022

Bakı-Ələt yolunda iki qəza oldu - 8 nəfər xəsarət aldı

Bu gün səhər saatlarında Bakı-Ələt yolunda bir-birinin ardınca müxtəlif ərazilərdə iki ağır avtomobil qəzası baş verib. Hər iki qəzada ümumilikdə 8 nəfər xəsarət alıb.

Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, baş verən ilk qəza nəticəsində Mərkəzə 5 yaralı gətirilib. Yaralılardan birinin vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib, birinin müalicəsi davam edir, digərlərinə isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.

Bundan bir qədər sonra baş verən ikinci qəza nəticəsində Mərkəzə 3 yaralı gətirilib. Yaralılardan ikisi Türkiyə vətəndaşı olub. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az