Qəbələdə şəlalənin yanında yıxılaraq yaralandı - VİDEO

19:30 - 24 Mart 2026

Qəbələdə şəlalənin yanında yıxılaraq yaralandı - VİDEO

Qəbələdə 50 yaşlı kişi dağda köməksiz qalıb.


Manset.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə rayonun Duruca şəlaləsinin yaxınlığında baş verib.

Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən, 1976-cı il təvəllüdlü İbrahimov Rövşən İbrahim oğlunun dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər köməksiz vəziyyətdə qalan R.İbrahimova yerində ilkin yardım göstərib və çətin keçidli dağlıq ərazi ilə vətəndaşı təxliyə edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az