Salyanda ağır qəza - Xəsarət alanlar var / FOTO

20:35 - 24 Mart 2026

Salyanda ağır qəza - Xəsarət alanlar var / FOTO

Salyanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.


Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Quyçu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili "Mercedes Ateko" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində "VAZ-2107" markalı avtomobildə olanlar - Salyan rayon sakinləri; 1986-cı il təvəllüdlü Ramazanov Zaur Elxan oğlu, 1981-ci il təvəllüdlü Həsənov Zamin Hilal oğlu və 1984-cü il təvəllüdlü İslamov Pərvin Siyasət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az