Şəkidə AĞIR QƏZA - Sərnişin öldü

09:58 - 28 Mart 2026

Şəkidə AĞIR QƏZA - Sərnişin öldü

Şəki şəhərində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb. 1996-cı il təvəllüdlü Şamil Musayevin idarə etdiyi “Mercedes C 200” markalı minik avtomobili ilə “Mercedes Atego” markalı yük avtomobili toqquşub.

    Qəza nəticəsində minik avtomobilində olan sərnişin, 1999-cu il təvəllüdlü Aygün Mustafayeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb və xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə zamanı avtomobilin sürücüsü Şamil Musayev də ağır xəsarətlər alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

    Faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az