Bakıda binada partlayış - Ölən və xəsarət alanlar var

17:16 - 14 Aprel 2026

Bakıda binada partlayış - Ölən və xəsarət alanlar var

Bakıda binada partlayış olub.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.

Partlayış evdə kondisionerin təmiri zamanı qeydə alınıb. İlkin məlumata görə, partlayış kondisionerə qaz vurulması zamanı olub. Ölən şəxsin usta olduğu bildirilir.
TƏBİB-dən bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az