Azərbaycanda ağır QƏZA - Ölən var

00:16 - 16 Aprel 2026

Azərbaycanda ağır QƏZA - Ölən var

Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralının 213-cü km-də Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, Lənkəran rayonunun Səpnəkəran kənd sakini 1989-cu il təvəllüdlü Sadir İlyas oğlu Həmzəyev idarə etdiyi "Renault Megane" markalı 99-SV-477 dövlət nömrə nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olan zaman ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.

    Qəza nəticəsində sürücü və avtomobildə sərnişin qismində olan, nəqliyyat vasitəsinin sahibi, eləcə də sürücünün yaxın dostu, həmkəndlisi 1985-ci il təvəllüdlü Nail Sehran oğlu Ağayev ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

    Həkimlərin müdaxiləsinə baxmayaraq Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. O, yolda xəstəxanaya aparılarkən ölüb. Sadir Həmzəyevin müalicəsi isə xəstəxanada davam etdirilir.

    Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

    Qeyd edək ki, sözügedən magistralın qəza baş verən ərazisində daha bir yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı, 44-CD-603 dövlət nömrə nişanlı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1985-ci il təvəllüdlü Sərraf Eldar oğlu Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.

    Hər iki faktla bağlı araşdırma aparılır.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az