Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM - Narkotikin təsiri altında təhlükə saçdı

17:50 - 16 Aprel 2026

Bakıda təcili yardım sürücüsündən ŞOK ADDIM - Narkotikin təsiri altında təhlükə saçdı

Bakıda təcili tibbi yardım avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti qaydalarının zəruri tibbi çağırış olmadan kobud şəkildə pozulduğu faktı aşkarlanıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, aprelin 16-da səhər saatlarında paytaxtın Nəsimi rayonu ərazisində təcili yardım avtomobilinin sürücüsü xüsusi işıq və səs siqnallarından istifadə edərək yolun əks istiqamətinə çıxıb, qoşa xəttin tələblərini pozaraq digər hərəkət iştirakçıları üçün real təhlükə yaradıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobilin sürücüsü Mehman Əliyevin həmin vaxt heç bir çağırışa getmədiyi, avtomobildə xəstə və ya tibbi personalın olmadığı halda xüsusi siqnallardan istifadə etdiyi müəyyən edilib.

Araşdırmalarla onun qayda pozuntularını hərəkət etdiyi müddətdə dəfələrlə təkrarladığı aşkarlanıb. Keçirilən tibbi müayinə zamanı sürücünün narkotik vasitə qəbul etdiyi və sərxoş vəziyyətdə olduğu müəyyən edilib. Sürücü barəsində hüquqi məsuliyyət tədbirləri görülür.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az