Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alıb.
Belə ki, “BMW” markalı avtmobil motosiklet ilə toqquşub. İlkin məlumata görə, qəza zamanı 18 yaşlı Namiq Fərzəliyev xəsarət alıb.
O, Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib, müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma başlanılıb.