Füzulidə ağır QƏZA - Ölənlər və yaralılar var 

14:25 - 19 Aprel 2026

Füzulidə ağır QƏZA - Ölənlər və yaralılar var 

Füzuli rayonunda minik avtomobillərinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı iki nəfər ölüb, iki nəfər xəsarət alıb.


Manset.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində Əli Vəliyev və Mirqəşəm Talıbov ölüb. Süleyman Süleymanov, Rəşad Namazəliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiya olmuş avtomobillərdən 2 nəfər yaralı vəziyyətdə və 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az