Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var
Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk küçəsi ilə Əziz Əliyev küçəsinin birləşməsində qeydə alınıb. 75-BP-194 dövlət nömrə nişanlı "İbiza" markalı avtomobillə 69-BF-438 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəsətəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.