Bakıda avtomobillə motosiklet toqquşdu - Ölən var

09:44 - 20 Aprel 2026

Bakıda avtomobillə motosiklet toqquşdu - Ölən var

Bakıda motosikletin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə Qala-Şüvəlan yolunda hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Əşrəfzadə Vüqar İlqar oğlunun idarə etdiyi motosikletlə toqquşub.

Nəticədə V. Əşrəfzadə aldığı xəsarətlərdən ölüb.

Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az