İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı

19:32 - 05 May 2026

İstanbulda itkin düşən azərbaycanlı qadının meyiti tapıldı

İstanbulda Kadıköy–Beşiktaş marşrutu üzrə hərəkət edən sərnişin bərəsində itkin düşən Azərbaycan vətəndaşı Məxfurə Hüseynovanın meyiti tapılıb.


Manset.az APA-ya istinadən xəbər verir ki, 44 yaşlı qadın mayın 2-si axşam Kadıköydə bərəyə minib.

    Lakin Beşiktaşda düşdüyünə dair görüntü aşkar edilməyib. Onun çantası bərədə tapılıb.

    Aidiyyəti qurumlar qadının tapılması üçün dənizdə axtarış əməliyyatı aparıb.

    Axtarışlar nəticəsində Məxfurə Hüseynovanın meyiti Haydarpaşa sahilləri yaxınlığında aşkar olunub. Meyit tibbi ekspertizaya göndərilib.

    Hadisə ilə bağlı araşdırma davam edir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az