Masazırda narkotik satan 13 nəfər saxlanıldı - VİDEO

20:34 - 08 May 2026

Masazırda narkotik satan 13 nəfər saxlanıldı - VİDEO

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Masazır qəsəbəsində son bir neçə gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirməkdə və narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 13 nəfəri saxlayıb.


Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, şübhəlilərdən Türkanə Məmmədova, Samirə Cahangirova, Tural Məmmədov və Vüsalə Cilqamlıdan ümumilikdə 6 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az