logo
logo logo
logo

Azərbaycanda tanınmış iş adamı restorandan çıxanda güllələndi - FOTO

17:32 - 09 May 2026

Azərbaycanda tanınmış iş adamı restorandan çıxanda güllələndi - FOTO

Bu gün saat 01:30 radələrində Zaqatala rayon sakini, 39 yaşlı İsa Boloyev Yuxarı Tala kəndi ərazisində yerləşən restorandan çıxarkən ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Manset.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Musa Mustafazadə saxlanılıb. Ondan ov tüfəngi götürülüb.

    Araşdırma aparılır.

    ***

    Oxu.az-ın məlumatına görə, İsa Bolayev rayon ərazisində sahibkar kimi tanınıb. O, Zaqatalada restoran sahibi olub.

    ***

    09:17

    Zaqatalada güllələnmə hadisəsi baş verib.


    Manset.az APA-ya istinadən xəbər verir ki, gecə saat 02:00 radələrində rayonun Kebeloba kənd sakini, 1987-ci il təvəllüdlü İsa Məhəmməd oğlu Bolayev güllə yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

      Müayinə zamanı ona sağ bud sümüyünün deşib-keçən güllə yarası diaqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müalicəsinin davam etdirilməsi üçün Bakıdakı xəstəxanalardan birinə göndərildiyi bildirilir.

      İlkin məlumata görə, hadisə rayonun Aşağı Tala kəndi ərazisində yerləşən restoranlardan birinin yaxınlığında baş verib.

      Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində zəruri tədbirlər görülür.


      Bizi Facebook-da izləyin
      Yeniliklərdən xəbərdar olun
      Keçid et

      Digər xəbərlər

      Xəbər xətti

      Bütün xəbər xətti
      yenielan.az
      yenielan.az