Ödəmə terminallarından 40 min manat oğurlandı

16:29 - 09 May 2026

Ödəmə terminallarından 40 min manat oğurlandı

Bərdə rayonunda yerləşən iki mağazada ödəmə terminallarından 40 min manat oğurlanıb.


Bu barədə Manset.az-a Daxili işlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elşad Əlizadə və Ayxan Quliyev saxlanılıblar. Onların terminallardan birini oğurlama anı təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az