Ağsuda ölümlə nəticələnən dəhşətli qəzanın TƏFƏRRÜATI

09:51 - 26 May 2026

Ağsuda ölümlə nəticələnən dəhşətli qəzanın TƏFƏRRÜATI

Ağsu rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qəzaya düşən gənclər əslən Ağsu rayonundan olsalar da, Bakıda yaşayırlarmış. 

Onlar mayın 25-də Bakıdan Ağsu rayonuna istirahətə gəliblər. Rayonun Kalva və Dilman kəndlərində istirahət edən gənclər dünən gecə saatlarında Kalva kəndindən çıxıb Şamaxı rayonuna gedirlərmiş. 

Gecə saat 3 radələrində Dilman kəndi ərazisindəki körpüyə yaxınlaşarkən sürücü idarəetməni itirib avtomobili körpüdən aşırıb.

***

Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az xəbər verir ki,  hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb.

BYD markalı minik avtomobil kənd ərazisində hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı beton bəndə çırpılıb. Avtomobil daha sonra körpüdən Ağsu çayına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində ölüblər.

Avtomobildə olan daha iki sərnişin - 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az