Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu gün saat 14 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndi ərazisindən keçən hissəsində "Opel", "KİA" və "Chevrolet" markalı avtomobillər toqquşub.
Nəticədə yeniyetmə (qız) sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb. Xəsarət alan var.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.