Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəza köhnə Ələt-Astara avtomobil yolunun rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “DAF” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər qadın xəsarət alıb.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.