Hərbçimiz həlak oldu - FOTO / YENİLƏNİB

16:20 - 06 İyun 2026

Hərbçimiz həlak oldu - FOTO / YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Kəlbəcərdə, Ömər aşırımı ərazisində hərbi qulluqçumuz Mənsimli Rəcəb Miriş oğlu dərəyə yıxılaraq həyatını itirib.


Manset.az xəbər verir ki, o, aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib.

Həmin əsgər xilas edilsə də, özü həyatını itirib.

Qeyd edək ki, R. Mənsimli əslən Yaradımlı rayonundan olub.


Onun fotosunu təqdim edirik:


15:18

Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabildir:

“Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmayıb:

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir. Allah rəhmət eləsin”.

Nazirlik vurğulayıb ki, faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az