Azərbaycanda 30 yaşlı kişini ildırım vurdu

18:15 - 06 İyun 2026

Azərbaycanda 30 yaşlı kişini ildırım vurdu

Daşkəsəndə 30 yaşlı kişini ildırım vurub.


Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Çovdar kəndi ərazisində qeydə alınıb.

Kəlbəcər rayon sakini 1996-cı il təvəllüdlü B.Kamalov kənd ərazisində at belində mal-qara otaran zaman onu və mal-qaranı ildırım vurub. Nəticədə 30 yaşlı kişi müxtəlif xəsarətlər alıb, bir iribuynuzlu heyvan tələf olub.

Xəstəxanaya yerləşdirilən şəxsin vəziyyətinin kafi olduğu bildirilir.

Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az