Bakıda kütləvi dava - 7 nəfər saxlanıldı - YENİLƏNİB

20:47 - 06 İyun 2026

Bakıda kütləvi dava - 7 nəfər saxlanıldı - YENİLƏNİB

Ötən gün gecə saatlarında paytaxtda baş verən kütləvi dava ilə əlaqədar 7 nəfər saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, fakta görə Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


20:47

Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində insident baş verdiyinə dair bağlı polisə müraciət daxil olub.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Manset.az-a bildirilib ki, müraciət əsasında araşdırma başlanılıb, hadisə yerinə baxış keçirilib, iştirakçıların izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib.

Müəyyən olunub ki, hadisə tərəflər arasında yaranmış mübahisə zəminində baş verib. Mübahisə zamanı iştirakçılar qarşılıqlı olaraq bir-birilərinə xəsarətlər yetiriblər.

Araşdırmalar davam etdirilir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az