Beyləqanda sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib.
Manset.az xəbər verir ki, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb.
Rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən birində operator vəzifəsində çalışıb.Beyləqan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, 05.06.2026-cı il tarixində saat 23:00 radələrində zəhərlənmə şübhəsi ilə 1991-ci il təvəllüdlü şəxs (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sirkə turşusundan zəhərlənmə diaqnozu təyin edilib.
Pasiyent dərhal Reanimasiya və intensiv terapiya şöbəsində yerləşdirilib, ona zəruri tibbi yardım göstərilib.
Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq 06.06.2026-cı il tarixində saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.