Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, qəza rayonun Ağalarbəyli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, avtomobil idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində Padar kənd sakinləri — 2008-ci il təvəllüdlü Gültac Hüseynova və anası, 1957-ci il təvəllüdlü Gülsüm Ağasəfər qızı Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.