logo
logo logo
logo

Ağdamda məktəbli qız qaçırıldı - AÇIQLAMA

23:45 - 09 İyun 2026

Ağdamda məktəbli qız qaçırıldı - AÇIQLAMA

Ağdamda məktəblinin qoşulub qaçması faktı qeydə alınıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əhmədağalı kəndində baş verib.

Belə ki, Müşviq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbin 10-cu sinif şagirdi M.L (ad şərtidir) Bərdə rayon sakini olan tanışına qoşularaq qaçıb.

L.M-nin 3 gün əvvəl 15 yaşını tamamlayaraq 16 yaşa keçdiyi bildirilir.

Ağdam sakini polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Regional Qrupundan sorğumuza cavab olaraq bildirilib ki, onun yeri Bərdə rayonunda müəyyən edilib.

O, polis orqanına gətirilərək ailəsinə təhvil verilib.

Araşdırmalar aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az