İzmirin Bornova rayonundakı meşəlik ərazidə yanğın baş verib, qruplar həm havadan, həm də qurudan mübarizəni davam etdirirlər.
Manset.az Haber Global agentliyinə istinadən xəbər verir ki, Bornova rayonunun İnönü məhəlləsi yaxınlığındakı meşədə saat 13:00 radələrində yanğın baş verib. Yerli sakinlərin verdiyi məlumatlardan sonra əraziyə İzmir Regional Meşəçilik İdarəsinə məxsus 2 təyyarə, 4 helikopter, 16 yanğınsöndürmə maşını, 6 su daşıyan maşın və 1 buldozer göndərilib.
Yanğınsöndürmə əməkdaşları yanğınla həm havadan, həm də qurudan mübarizə aparır.